0
Tuesday 7 January 2020 - 23:04

Sepah komandirindən ABŞ-a şok mesaj

Story Code : 837159
Sepah komandirindən ABŞ-a şok mesaj
İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Hüseyn Salami bu gün Şəhid Qasim Süleymaninin dəfn mərasimində çıxış edərkən İsraili nəzərdə tutarıq deyib: "Son sözü başlanğıcda deyirəm, intiqam alacağıq, sərt, güclü, peşmanedici, qətiyyətli, tamamlayıcı və inamlı! Əmin və soyuqqanlı olun! Amma yenidən istənilən bir addım atsalar, sevdikləri o yeri, məhəbbət bəslədikləri o məkanı yerlə yeksan edib, ora od vuracağıq! Onlar özü yaxşı bilir ki, o yerlər haradır!"
O əlavə edib: "ABŞ-la mübarizədə əzizlərimizi şəhid vermişik. Onlardan biri Sepahın cəsur, fədakar komandiri, sədaqətli və misli olmayan Qasim Süleymanidir. Tarix onun kimisini görməyib. Qasim Süleymaninin şəhadətindən sonra bizdə yeni bir enerji, stimul yaranıb. Bu gün ürəklər əbədi olaraq Amerikaya nifrətlə dolub. 
Source : IslamTimes