0
Tuesday 7 January 2020 - 19:37

Yanmış meyiti tapılan 10 yaşlı Nərminin anası qatilin tez tapılmasını istəyir

Story Code : 837170
Yanmış meyiti tapılan 10 yaşlı Nərminin anası qatilin tez tapılmasını istəyir
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə N. Quliyevanın anası Aynurə İsmayılova jurnalistlərə açıqlamasında deyib.

“Televiziyada çıxıb yalvardım, diz çökdüm. Dedim, ayaqlarının altında ölüm, balamın ölüsünü gətir. Mənim balamı gözümün qabağında niyə yandırırsan? Danışa bilmirəm. Artıq havalanmışam”, - deyə o bildirib.

Nərminin nənəsi Minayə İsmayılova isə deyib ki, iki nəfər nəyinsə yandığını görüb, üstünə torpaq töküb alovu söndürüblər: “Siqaret çəkməyə çıxıblar, görüblər. Söndürüblər. Birinin adı Quludur. O birinin adını bilmirəm. O uşaqları şöbəyə aparıblar”. 

Azyaşlının əmisi Vaqif Quliyev qeyd edib ki, qardaşının heç kəslə ədavəti olmayıb: “Mənim qardaşımın heç kimlə münaqişəsi yoxdur. Elə də varlı deyilik ki, deyək pulumuz var. Bu kənd bizi tanıyır”.

Dəhşətli cinayəti törədənin və yaxud törədənlərin kimliyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.