QR CodeQR Code

İran intiqam əməliyyatına başladı - 80 ABŞ hərbçisi məhv edildi

8 Jan 2020 10:36

İslamTimes: İranın İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 ABŞ terrorçusu məhv edilib.


Bu barədə İranın “Press TV” kanalı məlumat verib.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) əfsanəvi general Qasim Süleymaninin terror edilməsinə görə qisas əməliyyatının başladığını elan edib.

İraqın qərbindəki Ein əl-Əsəd bazası və ABŞ hərbi kontingentinin yerləşdiyi Ərbildəki baza İran tərəfindən ballistik raket atəşinə tutulub. Artıq raketlərin İrandan necə atılması ilə bağlı görüntülər də yayılıb. İran tərəfi bildirib ki, dəqiq məlumata görə ən azı 80 ABŞ hərbçisi məhv edilib.


Story Code: 837209

News Link :
https://www.islamtimes.org/az/news/837209/iran-intiqam-əməliyyatına-başladı-80-abş-hərbçisi-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org