0
Wednesday 8 January 2020 - 23:02

Baş Nazir Əli Əsədov Ukrayna və İrana başsağlığı verib

Story Code : 837375
Baş Nazir Əli Əsədov Ukrayna və İrana başsağlığı verib
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Ukraynanın Baş Naziri Oleksiy Qonçaruka və İran Prezidentinin birinci müavini İshaq Cahangiriyə başsağlığı məktubu göndərib. 
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Ukraynanın Baş Naziri Oleksiy Qonçaruka göndərilən başsağlığı məktubundada deyilir ki, Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.
Ə. Əsədov bu faciə ilə əlaqədar ukraynalı  həmkarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun İran İslam Respublikası Prezidentinin birinci müavini İshaq Cahangiriyə göndərdiyi başsağlığı məktubunda isə deyilir:
“Tehran yaxınlığında Ukrayna Beynəlxlaq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”