0
Wednesday 8 January 2020 - 23:29

İran ABŞ bazasının radar sistemini tamami ilə məhv edib

Story Code : 837379
İran ABŞ bazasının radar sistemini tamami ilə məhv edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın Eynul-Əsəd bazasına raket hücumu zamanı ABŞ bazasının radar sistemi tamamilə məhv edilib.
ABŞ-ın Texas ştatının qubernatoru açıqlama verərək Texasdakı dövlət sistemlərinin də İranın haker hücumuna məruz qaldığını bildirib. Qubernator əlavə edib ki, şəhid Qasim Süleymaninin tərəfdarları 48 saat ərzində hər dəqiqədə 10 min kiber hücum təşkil ediblər.
VICE saytı ABŞ-ın rəsmi saytlarından bir neçəsinin hakerlər tərəfindən vurulduğunu və şəhid Qasim Süleymaninin fotosunun saytın ilk səhifəsinə yerləşdirildiyini bildirib.
ABŞ bazasının radar sisteminin də raket hücumundan öncə vurulması səbəbindən radar raketləri zərərsizləşdirə bilməyib. İran ən az 80 ABŞ hərbçisinin məhv edildiyini bildirir. ABŞ isə yüngül xəsarət alındığı barədə xəbər yaysa da, İraq və ya digər ölkələrin nümayəndələrinin Eynul-Əsəd bazasına yaxınlaşmasına icazə vermir.