0
Thursday 9 January 2020 - 08:45

Hörmüzdə neft daşınması məhdudlaşdırıldı

Story Code : 837402
Hörmüzdə neft daşınması məhdudlaşdırıldı
Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Bahri” və Braziliyanın “Petrobras” neft şirkətləri təhlükəni nəzərə alaraq boğazdan istifadə edərək neft daşımayacaqlarını bəyan ediblər. Həmçinin “Bahri” şirkəti müştərilərinə tələsməməyi məsləhət görüb.
Qeyd edək ki, iranlı generalın ABŞ tərəfindən terror edilməsi və buna cavab olaraq İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirməsi Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirib.
Dünya bazarına çıxarılan neftin 20 faizi məhz Hörmüz boğazından daşınır. İran Hörmüz boğazını bağlaya biləcəyi ilə bağlı xəbərdarlıq da edib. Bu fakt dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb ola bilər.