QR CodeQR Code

ABŞ-dan İranın qəzəbini yatırmaq üçün növbəti addım

IslamTimes , 9 Jan 2020 10:16

İslamTimes: İranın ABŞ bazalarını ballistik raketlərlə vurmasından sonra ABŞ İranla önşərt irəli sürmədən müzakirələrə hazır olduğunu bildirib.


Bu haqda Tramp administrasiyasının BMT-yə gönərdiyi məktubda bildirilib.
İran ABŞ bazalarını raketlə vurduqdan sonra ABŞ prezidenti anlayıb ki, İslam Respublikasının intiqam vədləri boş söz deyil. Elə bu səbəbdən də daha öncələr edilməyən bir təkliflə, önşərt olmadan müzakirələrə hazır olduğunu bildirib.
İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif İranın Eynul-Əsəd bazasında ABŞ terrorçularına qarşı sərt intiqam əməliyyatına toxunaraq yazıb: İran BMT Nizamnaməsinin 51-cı maddəsinə əməl etdi. İran özünə qarşı hücuma cavab verdi. Yüksək vəzifəli komandirlərimizə qarşı qorxaqlıqla, alçaqcasına hücum Eynul-Əsəd bazasından edilmişdi. Biz də bu bazanı hədəf aldıq.


Story Code: 837430

News Link :
https://www.islamtimes.org/az/news/837430/abş-dan-iranın-qəzəbini-yatırmaq-üçün-növbəti-addım

Islam Times
  https://www.islamtimes.org