0
Thursday 9 January 2020 - 23:17

“Eynul-Əsəddə olanlar yağışın bir damlasıdır”

Story Code : 837567
“Eynul-Əsəddə olanlar yağışın bir damlasıdır”
İraq Seyyidüş-Şühəda briqadalarının baş katibi Əbu Ala Əl-Vəlayi İranın raketlə verdiyi cavabından sonra, Trampın “Hər şey yaxşıdır” açıqlamasına toxunaraq, “ABŞ yalan söyləyir” deyib.
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Əbu Ala Əl-Vəlayi Twitter səhifəsində bunları yazıb: “Amerikalılar nəhayət zillətlə və alçaldılaraq İraqdan çıxacaq.
Müqavimət qüvvələri İraqda 17 mindən çox amerikalını öldürdü və Amerika bu sayın yalnız 4500 olduğunu söylədi. Daha sonra İraq hökuməti və müqavimətiylə razılaşma imzalamağa məcbur oldu və sonra da İraqdan geri çəkildi və bu razılaşmaya əməl etməyəcəyini söylədi.
Amerika yalanın anası və atasıdır, bu ölkə bu gün insan gücünü, maliyyə kapitalını, ləyaqətini və tarixini itirdi, amma yenə də “hər şey istədiyimiz kimidir” deyir.
Amerikalılar zillət və alçaldılmaqla İraqdan çıxacaq və Əyn Əl-Əsədin baş verən hadisə, çox yaxında yağacaq yağışdan yalnız bir damladır.
Odur ki, bizi gözləyin, biz qanımızı boş yerə axıtmayacağıq və şəhidlərin intiqamını almağı unutmayacağıq”. /Deyerler/