QR CodeQR Code

Zərifdən Trampa cavab: “Dünyanı idarə edən gözəl silahlar deyil, insanlardır”

9 Jan 2020 23:31

İslamTimes: Zərif Trampın ABŞ ordusunun avadanlıqları ilə lovğalandığını vurğulayaraq, ona dünyanı idarə edən “gözəl hərbi texnika” yox, insanlar olduğunu xatırladıb.


Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, yanvarın 9-u Twitter üzərindən açıqlama verən Zərif, son günlər ABŞ ordusunun gücü və əlində olan ən son silah və hərbi texnikasının olması ilə lovğalanan Trampa belə cavab verib: “Gözəl hərbi texnika dünyanı idarə etmir: İnsanlar bunu edir”.
Zərif çərşənbə axşamı CNN-ə verdiyi müsahibənin bir hissəsini şəxsi Twitter hesabı vasitəsilə paylaşıb: “CNN ilə görüşməyim Tehran Dialoq Forumu əsnasında və verdiyimiz uyğun hərbi cavabı reallaşdırmadan əvvəl edilmişdir. Donald Tramp ABŞ-ın yanlış məlumatla qidalandığını başa düşməlidir. Dünyaya gözəl hərbi təchizatla deyil, insanlar hakimdir və bölgəmizin insanları Amerikanın bölgədən çıxmasını istəyir”.
Xatırladaq ki, Zərif şəhid general Süleymaninin öldürülməsindən bir neçə gün sonra CNN-ə verdiyi müsahibəsində "Trampla danışmağa dəyərmi?" sualına cavab verərək, belə demişdi: “Danışmağa ehtiyac yoxdur. Yanlış məlumat verildiyini başa düşməlidir. Və ayılıb üzr istəməlidir. Üzr istəməli, kursu dəyişdirməlidir”. 


Story Code: 837568

News Link :
https://www.islamtimes.org/az/news/837568/zərifdən-trampa-cavab-dünyanı-idarə-edən-gözəl-silahlar-deyil-insanlardır

Islam Times
  https://www.islamtimes.org