QR CodeQR Code

Eynül-Əsədə hücum böyük əməliyyatın başlanğıcıdı

IslamTimes , 10 Jan 2020 00:22

İslamTimes: İran tərəfi canlı qüvvələri hədəfə almaq istəməyib


İran İnqilab Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı general Hacızadə ABŞ hərbi bazasına hücumu şərh edib. Hacızadə deyib: "Şəhid Süleymaninin intiqamı devizi altında ABŞ bazasına raket zərbələrimiz böyük əməliyyatın başlanğıcıdır və regionda davam edəcək.
Bizim məqsədimiz canlı qüvvələrə itki vermək olmayıb. Bununla belə təchiz olunmuş aviabazada onlarla amerikalının ölməsi qaçılmazdır. Biz canlı itki vermək istəsəydik birinci zərbədə ən az 500 hərbçi öldürərdik. Növbəti zərbələrimizdə 5 minə yaxın hərbçi məhv edilərdi. İntiqam əməliyyatı yüksək təchiz olunmuş aviabazanın dağıdılması üçün idi. Aviabazada MQ9 təyyarələri də daxil olmaqla onlarla təyyarə olub. Raketlərimizə heç bir müqavimət olmayıb. Nəzərdə tutduğumuz digər hücum nöqtələrində canlı itki çox ola bilərdi. 


Story Code: 837577

News Link :
https://www.islamtimes.org/az/news/837577/eynül-əsədə-hücum-böyük-əməliyyatın-başlanğıcıdı

Islam Times
  https://www.islamtimes.org