QR CodeQR Code

ABŞ şəhid general ilə eyni gündə başqa iranlı komandiri də terror etməyə çalışıb

11 Jan 2020 18:03

İslamTimes: ABŞ-ın iranlı şəhid general Qasım Süleymani ilə eyni gündə SEPAH-ın Qüds Qüvvələrinin Yəməndə xidmət edən komandiri Əbdül Rza Şahlaini də öldürməyə çalışdığı məlum olub.


Vaşinqton Post (WP) qəzetinin hazırladığı xəbərdə, ABŞ-ın Qüds Korpusunun nüfuzlu şəxslərindən olan Şahlainiyə qarşı əməliyyat təşkil etdiyi, amma uğursuz olduğu qeyd olunub.
Qəzetə görə, eyni gün iki əməliyyatının birdən təşkil edilməsi, şəhid general Süleymani sui-qəsdinin ABŞ ordusunun daha geniş miqyaslı planının yalnız bir hissəsi olduğunu göstərir.
Vaşinqton Post qəzetinə danışan ABŞ rəsmiləri Şahlainiyə qarşı təşkil edilən əməliyyatın təfərrüatlarını açıqlamaqdan imtina edərək, yalnız əməliyyatın uğursuz nəticələndiyini söyləyib.
Rəsmilərdən biri ABŞ administrasiyasının hər iki əməliyyatın uğurla başa çatdığını elan etməyə hazırlaşdığını söyləyib.


Story Code: 837877

News Link :
https://www.islamtimes.org/az/news/837877/abş-şəhid-general-ilə-eyni-gündə-başqa-iranlı-komandiri-də-terror-etməyə-çalışıb

Islam Times
  https://www.islamtimes.org