QR CodeQR Code

Rusiyadan gəmi ilə bağlı ABŞ iddiasına cavab

11 Jan 2020 20:07

İslamTimes: ABŞ-ın 5-ci donanması Oman dənizindəki Rusiya hərbi gəmisinin iki gün əvvəl ABŞ gəmisinə (USS Farragut) təhlükəli məsafəyə yaxınlaşdığını iddia edib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi açıqlama verərək, bu iddianın əsassız olduğunu söyləyib: “9 yanvar 2020-ci il ildə Rusiya döyüş gəmisi ilə eyni marşrutda irəliləyərkən solunda olan ABŞ esminesi, Rusiya gəmisinin yolunu kəsmək üçün manevr reallaşdıraraq, dənizdə qəzaların qarşısını almaqla bağlı beynəlxalq qaydaları kobud şəkildə pozmuşdur”.
ABŞ esminesindəki kameraların pozuntunu qeydə aldığı bildirilən açıqlamanın davamında bunlar qeyd olunub: “Rusiya döyüş gəmisinin ekipajı peşəkarlıqla hərəkət edərək, qaydaları pozan gəmi ilə qəzanın qarşısını alan manevr reallaşdırdı”. /Deyerler/


Story Code: 837885

News Link :
https://www.islamtimes.org/az/news/837885/rusiyadan-gəmi-ilə-bağlı-abş-iddiasına-cavab

Islam Times
  https://www.islamtimes.org