QR CodeQR Code

Zelenski: İranın araşdırmalardakı həmkarlığını təqdir edirəm

IslamTimes , 11 Jan 2020 22:32

İslamTimes: Ukrayna İranın təyyarə qəzasının araşdırılması sahəsində əməkdaşlığını yüksək qiymətləndirib


Ukrayna prezidenti Tehranda Ukrayna təyyarəsinin yanlışlıqla vurulması ilə əlaqədar açıqlama verib.
Ukrayna prezidenti Vladimir Zelenski bu ölkəyə məxsus təyyarənin İranda süqut etməsinə reaksiya göstərərək İran hökumətindən zərərçəkmişlərin ailələrinə təzminat ödənilməsini istəyib.
Ukrayna prezidenti hadisəni yaxından izlədiyini bildirərək, araşdırmalarda İranın yüksək səviyyədə əməkdaşlığını təqdir edib.
Qeyd edək ki, Ukrayna təyyarəsi İran Silahlı Qüvvələrinə məxsus korpuslardan birinə yaxınlaşdığına görə, müdafiə sistemi təhlükəli obyekt kimi göstərib və təyyarəyə atəş açılıb. Nəticədə təyyarədə olan 176 nəfər həlak olub.


Story Code: 837922

News Link :
https://www.islamtimes.org/az/news/837922/zelenski-iranın-araşdırmalardakı-həmkarlığını-təqdir-edirəm

Islam Times
  https://www.islamtimes.org