QR CodeQR Code

ABŞ sonda İranın vurduğu bazanı çəkməyə icazə verdi

IslamTimes , 11 Jan 2020 23:37

İslamTimes: ABŞ uzun zamandır gizlətdiyi İranın raketlə vurduğu bazanı CNN müxbirinin görüntüləməsinə icazə verdi


CNN müxbiri Arva Damon İranın hədəfə aldığı ABŞ bazasına baxış keçirmək icazəsi verilmiş ilk Qərbli jurnalist oldu. Damon xüsusi buraxılış zamanı ABŞ bazasının İranın raket hücumundan sonra ciddi ziyan gördüyünü dilə gətirib.
Arva Damon deyib: "İraqdakı ABŞ qoşunlarının gələcəyi sual altınadır. Çünki İraqın baş naziri Adel Əbdül Mehdi ABŞ xarici işlər naziri Mayk Pompeodan tələb edib ki, ABŞ əsgərlərinin İraqdan çıxarılması prosesinə start verilsin."
Müxbir əlavə edib: "İran raketlərinin hədəf aldığı Eynul-Əsəd bazasında çox sayda ABŞ hərbçisi olub. Amma görünür İran raketlərlə daha çox bazanın hərbçilər olmayan hissələrini hədəf almaq istəyib. Gördüyünüz bu məkan hərbçilərin yataqxanası olub. On raketdən biri də bura tuş gəlib. Bura da olmaq mükəmməl hissdir. İnsan inana bilmir ki, bu dağıntılardan kimsə sağ çıxmış ola bilə.
Danışdığımız bir çox insan bizə dedi ki, İranın raket hücumu indiyədək heç yerdə görmədikləri qorxunc bir hücum olub. Baxmayaraq ki, həmsöhbətlərimizin hamısı hərbi təlim keçmiş şəxslər idi. Sonda etiraf etmək lazımdır ki, bu dəhşətli bir təcrübə və qorxunc bir durumdur..."


Story Code: 837943

News Link :
https://www.islamtimes.org/az/news/837943/abş-sonda-iranın-vurduğu-bazanı-çəkməyə-icazə-verdi

Islam Times
  https://www.islamtimes.org