QR CodeQR Code

"Yüzminlik imza" kampaniyasına Türkiyədən möhtəşəm dəstək

8 Jul 2011 23:51

IslamTimes - Qardaş ölkənin Əhli-beyt (ə) qurumları müraciət kampaniyasına tam dəstək verdiklərini elan edən bəyanat yayımlayıblar


Orta məktəblərdə hicab qadağasını aradan qaldırmaq üçün aparılan Azərbaycan Respublikası prezidentinə yüzminlik müraciət kampaniyası Allahın lütfü ilə uğurla davam edir. Aparılan kampaniyaya həm ölkə daxilindən, həm xaricdən güclü dəstək nümayiş etdirilir. Artıq Türkiyə Əhli-beyt (ə) yolşuları qurumları da bir araya gələrək, kampaniyaya dəstəklə bağlı bəyanat qəbul etmişlər.
"Əhli-beyt (ə) alimləri" Cəmiyyətinin, "Kövsər" alimlər cəmiyyətinin, Anadolu Əhli-beyt (ə) Gənclik Cəmiyyətinin, Bab-i-Əli Elm Vəqfinin, "Qiblə" jurnalının, "Kövsər" Yayınçılıq qurumunun imzaladığı bəyanatda "Yüzminlik imza kampaniyası"na tam dəstək verildiyi elan olunur və bu bəyanat ictimaiyyətin nəzərinə çatdırılır.


Story Code: 83796

News Link :
https://www.islamtimes.org/az/news/83796/yüzminlik-imza-kampaniyasına-türkiyədən-möhtəşəm-dəstək

Islam Times
  https://www.islamtimes.org