QR CodeQR Code

İran XİN ABŞ-ın yeni sanksiyalarını qanunsuz hesab edib

12 Jan 2020 11:21

İslamTimes: ABŞ-ın İrana qarşı yeni sanksiyaları qanunsuz və mənasızdır.


APA xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama verib.
“Təəssüf ki, amerikalılar birtərəfli, qanunsuz və mənasız hərəkətləri davam etdirir”, - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Musəvi, eyni zamanda, “ABŞ-ın İran şirkətləri və vətəndaşlarına qarşı tətbiq etdiyi yeni sanksiyaları sərt şəkildə pisləyib”.
ABŞ cümə günü İran qüvvələrinin ABŞ-ın İraqdakı bazalarına hücumu ilə əlaqədar yeni sanksiyalar tətbiq edib. Sanksiyalar İranın 17 dağ-mədən və metallurgiya şirkətinə, eləcə də onlarla əməkdaşlıq edən xarici gəmilərə şamil edilib. Bundan əlavə, İranın 8 yüksək vəzifəli məmuruna qarşı da məhdudiyyətlər tətbiq edilib.


Story Code: 837979

News Link :
https://www.islamtimes.org/az/news/837979/iran-xin-abş-ın-yeni-sanksiyalarını-qanunsuz-hesab-edib

Islam Times
  https://www.islamtimes.org