QR CodeQR Code

"Bu, SEPAH-ın mahiyyətinə kölgə sala bilməz"

12 Jan 2020 16:41

İslamTimes - Ukrayna təyyarəsinin səhvən vurulması böyük itkidir, amma bu fakt İslam İnqilabı Keşikçiləri Korpusunun mahiyyətinə kölgə salmır.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Əhməd Əlirza Beygi bu gün keçirilən qapalı iclas zamanı deyib.
“Bu səhv böyük itkidir, amma tarix boyu ölkəmizi müdafiə edən SEPAH-ın fədakarlığına kölgə salmaq üçün əsas ola bilməz”, - Beygi bildirib.
Qeyd edək ki, Ukrayna təyyarəsinin vurulmazdan öncə raketin onu necə hədəf alması ilə bağlı görüntülər yayılıb. Bu görüntüləri lentə alan şəxsin heç bir həyəcansız, danışmadan hadisəni lentə alması bütün dünyada müzakirə olunur. Uyğun hadisə təyyarənin SEPAH-a qarşı nifrət hissi yaratmaq üçün ABŞ-ın müdaxiləsi ilə həyata keçirilməsi ehtimalını gücləndirib. 


Story Code: 838041

News Link :
https://www.islamtimes.org/az/news/838041/bu-sepah-ın-mahiyyətinə-kölgə-sala-bilməz

Islam Times
  https://www.islamtimes.org