0
Monday 13 January 2020 - 01:21

Hizbullah baş katibi: "General Süleymaninin qətli ilə ABŞ öz hegemonluğuna da son qoydu"

Story Code : 838091
Hizbullah baş katibi: "General Süleymaninin qətli ilə ABŞ öz hegemonluğuna da son qoydu"
ABŞ-ın İraqdakı hərbi bazalarına İran tərəfindən endirilmiş dəqiq raket zərbələri mesaj verdi ki, Amerikanın Qərbi Asiyadakı bütün hədəfləri İranın raketlərinin çata biləcəyi əhatədədir.
Deyerler.org-un Mehrə istinadən verdiyi xəbərə görə, Livan Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nəsrullah belə bir bəyanatla çıxış edib.
"Bu raket hücumu həm də sionist rejimə bir mesaj idi. Qoy axmaq Netanyaho bilsin ki, öz qanunsuz rejimini harada qurub", -deyə Nəsrullah canlı yayımda çıxışı zamanı bildirib.
Hizbullah baş katibi İranın hücumundan sonra ABŞ-ın reaksiyasına da münasibət bildirib: "Siz ABŞ liderlərinin üzlərinə baxın. Onların üzündə qalib simasını görürsünüzmü?".
Hizbullah baş katibi həmçinin ərəb KİV-lərinin İranın bu raket hücumunu kiçiltmək istəmək səylərini də tənqid edib: "Eynul-Əsəddə baş verənlər sadəcə amerikalıların üzünə şillə idi. Bu, ABŞ-ı regiondan çıxaracaq sadəcə ilk addım idi".
"Bu gün müasir dünyada ən qəddar cinayətkar ABŞ-dır. Hətta regionda qanlı cinayətlər törədən İsrail rejimi də bu cinayətlərini ABŞ-ın qoruması altında həyata keçirir. İŞİD də regionda xaos və vandallıq törətməklə yenidən ABŞ Silahlı Qüvvələrini bu regiona cəlb etmək istəyirdi. Əziz şəhidimizin qətlə yetirilməsinin ən vacib nəticələrindən biri bu oldu ki, bu sui-qəsd Amerikanın real təbiətini göstərmiş oldu. General Süleymaninin qətli ABŞ-ın regiondan tamamilə qovulması ilə nəticələnməlidir", - deyə Nəsrullah əlavə edib.
Hizbullah baş katibi həmçinin ABŞ prezidentinin İraq xalqı qarşısında qoyduğu şərtə də münasibət bildirib: "Tramp İraq xalqı qarşısında iki variant qoydu: ya onlar gedirlər və İraqın sərvətini özləri ilə aparırlar, ya da qalırlar və onların neftini özlərində saxlayırlar. Zaman göstərəcək ki, general Süleymaninin qətlindən sonra artıq heç bir belə hegemonluq keçməyəcək".