QR CodeQR Code

Tehranda kütləvi etiraz aksiyası: Qoca tülkünün yuvası dağıdılsın!

IslamTimes , 12 Jan 2020 23:44

İslamTimes: İranda tələbələr Tehrandakı İngiltərə səfirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirib


Tehrandakı İngiltərə səfirinin ötən gün sayı 700-1000 arası olan gənclərin hakimiyyət əleyhinə şüarlar səsləndirməsini lentə alaraq, gəncləri İslam dövlətinə qarşı fəaliyyətlərə dəvət etməsindən sonra bu gün minlərlə tələbə və bəsic üzvü İngiltərə səfirliyi önündə aksiya keçirib. Tələbələr "İğtişaş yaratmağa çalışan səfir ölkədən çıxarılmalıdır", "Qoca tülkünün yuvası dağıdılsın", "İngiltərənin casusluq yuvasını istəmirik", "İngiltərəyə ölüm", "Amerikaya ölüm" kimi şüarlar səsləndiriblər. İran Təhlükəsizlik Qüvvələri qəzəbli etirazçılara xəbərdarlıq edərək, emosinal davranmamağa çağırıb.
Qeyd edək ki, İngiltərənin Tehrandakı səfiri Robert Makeir ötən gün təyyarə qəzasına görə dövlətə etiraz edən tələbələrin arasına daxil olaraq, onları lentə almağa çalışıb. Polis asayişi pozanlarla birlikdə səfiri də saxladıqdan bir neçə saat sonra onu azad edib.


Story Code: 838093

News Link :
https://www.islamtimes.org/az/news/838093/tehranda-kütləvi-etiraz-aksiyası-qoca-tülkünün-yuvası-dağıdılsın

Islam Times
  https://www.islamtimes.org