0
Sunday 12 January 2020 - 23:44

Tehranda kütləvi etiraz aksiyası: Qoca tülkünün yuvası dağıdılsın!

Story Code : 838093
Tehranda kütləvi etiraz aksiyası: Qoca tülkünün yuvası dağıdılsın!
Tehrandakı İngiltərə səfirinin ötən gün sayı 700-1000 arası olan gənclərin hakimiyyət əleyhinə şüarlar səsləndirməsini lentə alaraq, gəncləri İslam dövlətinə qarşı fəaliyyətlərə dəvət etməsindən sonra bu gün minlərlə tələbə və bəsic üzvü İngiltərə səfirliyi önündə aksiya keçirib. Tələbələr "İğtişaş yaratmağa çalışan səfir ölkədən çıxarılmalıdır", "Qoca tülkünün yuvası dağıdılsın", "İngiltərənin casusluq yuvasını istəmirik", "İngiltərəyə ölüm", "Amerikaya ölüm" kimi şüarlar səsləndiriblər. İran Təhlükəsizlik Qüvvələri qəzəbli etirazçılara xəbərdarlıq edərək, emosinal davranmamağa çağırıb.
Qeyd edək ki, İngiltərənin Tehrandakı səfiri Robert Makeir ötən gün təyyarə qəzasına görə dövlətə etiraz edən tələbələrin arasına daxil olaraq, onları lentə almağa çalışıb. Polis asayişi pozanlarla birlikdə səfiri də saxladıqdan bir neçə saat sonra onu azad edib.
Source : IslamTimes