QR CodeQR Code

İran Britaniyaya nota verib

12 Jan 2020 21:11

İslamTimes: İran diplomatik qaydalara zidd davranan səfirə görə Böyük Britaniyaya nota verib.


APA-nın Tehran bürosunun məlumatına görə, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağrılıb.
Səfirə diplomatik qaydalara zidd və qanunsuz  toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R. Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.
Qeyd edək ki, R. Makeyr ötən gün Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra azad edilib.


Story Code: 838094

News Link :
https://www.islamtimes.org/az/news/838094/iran-britaniyaya-nota-verib

Islam Times
  https://www.islamtimes.org