0
Sunday 12 January 2020 - 22:39

El Pais: NATO səhvən İtaliyada sərnişin təyyarəsini vurub

Story Code : 838095
El Pais: NATO səhvən İtaliyada sərnişin təyyarəsini vurub
El Pais qəzeti "NATO səhvən İtaliyada sərnişin təyyarəsini vurub" başlığı ilə uzun illər gizlədilən hadisə haqda yazıb. Qəzet yazıb ki, 1980-ci ildə NATO sərnişin təyyarəsini vuraraq 81 nəfərin dəhşətli ölümünə səbəb olub. Bu hadisə 19 il gizlədilsə də sonra məlum olub ki, NATO Liviyanın Miq qırıcısına qarşı əməliyyat keçirmək istəyən zaman səhvən İtaliyanın Bolonyadan Parmaya uçan sərnişin təyyarəsini vuraraq çox sayda sivil insanın ölümünə səbəb olub. Bu təyyarə İtaliyanın cənubunda havada partladıqdan sonra dənizə düşmüşdü.
Həqiqətlər üzə çıxdıqdan sonra NATO-nun aralarında 4 general olmaqla 10 hərbçisi məhkəməni uzun illər yalan ifadələrlə yanlış istiqamətə yönəltdiyi üçün cəzalandırılıb.
Source : IslamTimes