QR CodeQR Code

Hizbullah rəsmisi: Gələcəkdə Amerika ağır bədəl ödəyəcək

IslamTimes , 12 Jan 2020 23:55

İslamTimes: General Qasim Süleymani və Əbu Mehdi əl-Mühandisə qarşı edilən hücumun əsl cavabı ABŞ-ın məntəqədən çıxarılması ilə veriləcək!


"Hizbullah” təşkilatının icraçı şurasının sədri Seyyid Səfiuddin Livandakı hazırkı durum haqqında açıqlama verən zaman ABŞ-ın son terror əməliyyatından da danışıb. O deyib: General Qasim Süleymani və Əbu Mehdi əl-Mühandisə qarşı edilən hücumun əsl cavabı raket hücumu və ya buna bənzər zərbələrlə bitə bilməz. Bu terror əməliyyatının cavabı yalnız ABŞ-ın məntəqədən çıxarılması ilə verilə bilər.
Son aylarda bizə qarşı planlar cızıldığının şahidi olduq. Düşmən ölkəmizin iqtisadiyyatına qarşı planlar hazırlayaraq bizi çətin duruma salmağa çalışırdı. Prezident seçildikdən sonra dərhal yeni hökumətin təşkil olunmasını istədik. ABŞ bu sahədə də müdaxilə edərək, ölkənin böhranlı duruma düşməsinə çalışırdı. Livanda problemlərin həlli üçün yeni hökumətin tez bir zamanda təşkil olunması vacibdir.


Story Code: 838097

News Link :
https://www.islamtimes.org/az/news/838097/hizbullah-rəsmisi-gələcəkdə-amerika-ağır-bədəl-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org