0
Monday 13 January 2020 - 08:58

İraqda general Süleymaninin abidəsinin ucaldılmasına razılıq verilib

Story Code : 838131
İraqda general Süleymaninin abidəsinin ucaldılmasına razılıq verilib
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İraq Parlamentin mədəniyyət və turizm komitəsinin üzvü Əli əl-Xmeydaui deyib.
O, hər iki şəxsin xatirəsinə abidə ucaltmağı təklif etdiyini söyləyib: “Mədəniyyət naziri ilə görüşdən sonra abidənin ucaldılması barədə razılıq əldə olundu. Nazir Baş İncəsənət İdarəsinin rəhbərliyinə komissiya yaratmaq, tender elan etmək və heykəltaraşlar birliyi ilə bu məsələni əlaqələndirmək tapşırığını verdi”.
Əli əl-Xmeydaui qeyd edib ki, abidə üçün xüsusi yer İraqın Mülki Aviasiya Təşkilatının, Əl-Haşd Al-Şaabi üzvlərinin və Bağdad Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə məsləhətləşmələri zamanı seçiləcək.