QR CodeQR Code

Müdafiə naziri Trampı çətin vəziyyətdə qoydu – “Ortada dəlil yoxdur”

13 Jan 2020 13:56

İslamTimes: ABŞ-ın müdafiə naziri Esper Qasim Süleymaninin terror edilməsinə yetərli səbəb görmədiyini bildirib


ABŞ Prezidenti Donald Tramp iranlı generalı Qasim Sülymanini ABŞ səfirliyinə hücum planları səbəbindən terror etdiyini elan edib. Lakin ABŞ-ın müdafiə naziri Esper səfirliyə hücum planlaşdırıldığına dair bir dəlil görmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, CBS kanalına danışan Mark Esper kəşfiyyat rəsmilərindən gələn və İranın ABŞ-ın 4 səfirliyinə hücum planlandığına dair qəti bir dəlilin olmadığını bildirib.
Respublikaçı senator Maykl Li isə bildirib ki, təhlükəsizlik rəsmiləri və Trampın İranla əlaqəli Konqresə təqdim etdiyi informasiyaların gerçək olmasına şübhə ilə yanaşır: “Bizə izahat verildi. Mən bilgiləri verənlərə və prezidentə inanıram. Ola biləcək hücum üçün əsaslara sahib olunduğuna şübhə etmirəm. Amma bunun deyilməsi və arxasındakı detalların verilməməsi əhvalı pozur”.


Story Code: 838189

News Link :
https://www.islamtimes.org/az/news/838189/müdafiə-naziri-trampı-çətin-vəziyyətdə-qoydu-ortada-dəlil-yoxdur

Islam Times
  https://www.islamtimes.org