QR CodeQR Code

İsrail rejimi fələstinlilərin hüquqlarını müdafiə edən 69 fəalı Təl-Əvivdən qovub

9 Jul 2011 09:21

IslamTimes - Sionist İsrail rejiminin polisi, Fələstindən işğal edilmiş Təl-Əvivin aeroportunda, fələstinlilərə müəyyən vaxtlarda dəstək vermiş, Fələstinə səfər etmək üçün gələn 250 insan haqları fəalını saxlayıb.


Saxlanılan şəxslərin 69 nəfərin bu və digər formada fələstinliləri dəstəklədikləri sübuta yetirilib və onlar aeroportdan gəldikləri ölkəyə qovulub.

Saxlanılanlar arasında ABŞ, Almaniya, Fransa, İspaniya, Belçika və Hollandiyadan olan hüquq müdafiəçiləri olub. Saxlanılanların bir çoxu “Fələstinə xoş gəlmisiniz!” adlı təşkilatın üzvləridir. Onlar iyulun 8-də İsrail rejiminin Qəzzanı blokadaya almasına etiraz aksiyası keçirmək niyyətində olduğu iddia edilir.

/Deyerler/


Story Code: 83820

News Link :
https://www.islamtimes.org/az/news/83820/israil-rejimi-fələstinlilərin-hüquqlarını-müdafiə-edən-69-fəalı-təl-əvivdən-qovub

Islam Times
  https://www.islamtimes.org