QR CodeQR Code

Moskvada Liviya ilə bağlı danışıqlar 4 saatdan çoxdur davam edir - YENİLƏNİB

13 Jan 2020 18:45

İslamTimes: Liviya münaqişəsinin nizamlanması ilə bağlı Moskvada Rusiya və Türkiyə arasında “2+2” formatında keçirilən görüş 4 saatdan çoxdur davam edir.


APA-nın Moskva müxbirinin xəbərinə görə, danışıqlara Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac da qatılıblar.
Danışıqların əsas məqsədi tərəflər arasında atəşkəs sazişinin imzalanmasıdır.
Liviya münaqişəsi ilə bağlı çoxtərəfli məsləhətləşmələr ilk olaraq həm “2+2”, həm də nümayəndə heyətlərinin ayrı-ayrılıqda görüşləri formatında və mətbuata qapalı keçirilir.
Danışıqların yekunları ilə bağlı Rusiya və Türkiyə XİN başçılarının mətbuata birgə bəyanatla çıxış edəcəyi gözlənilir.


Story Code: 838255

News Link :
https://www.islamtimes.org/az/news/838255/moskvada-liviya-ilə-bağlı-danışıqlar-4-saatdan-çoxdur-davam-edir-yenilənib

Islam Times
  https://www.islamtimes.org