QR CodeQR Code

ABŞ hərbçisi: İranın hücumunu heç vaxt unutmayacağıq

IslamTimes , 13 Jan 2020 22:42

İslamTimes: ABŞ hərbçisi: İranın Eynul-Əsəd bazasına raket hücumunda bir çox texnikamız məhv oldu.


İraqın Əl-Ənbar əyalətində yerləşən Eynul-Əsəd bazasındakı hərbçilərdən biri deyib: "İranın raket hücumu nəticəsində bazadakı çox sayda avadanlıq, o cümlədən anbarlar vuruldu. Bu xatirə ABŞ qüvvələrinin zehnindən əsla silinməyəcək!"
Bu yaxınlarda Eynul-Əsəd bazasına daxil olmaq üçün icazə əldə edən Əl-Cəzirə müxbiri ABŞ zabitinin sözlərini sitat gətirərək yazıb: "Bizim bazamız yanvarın 8-də İranın ballistik raketləri tərəfindən hədəfə alındı. Bu raketlər müxtəlif ərazilərdə dərin çuxurlar yaradaraq, bir çox texnikamızı məhv edərək iz qoydu. Raketlərdən bir neçəsi hərbi təyyarələrin yerləşdirildiyi ərazini hədəf alıb. Hücum zamanı qorxunc səslər eşidilirdi. Kəşfiyyat qurğularından bir hissəsi məhv oldu. Biz heç zaman bu dəhşətli təcrübəni unutmayacağıq."


Story Code: 838286

News Link :
https://www.islamtimes.org/az/news/838286/abş-hərbçisi-iranın-hücumunu-heç-vaxt-unutmayacağıq

Islam Times
  https://www.islamtimes.org