0
Monday 13 January 2020 - 23:49

Pens İranın zərbəsindən sonra İraqda olub?

Story Code : 838296
Pens İranın zərbəsindən sonra İraqda olub?
Dünya mətbuatında ABŞ prezidenti Trampın müavini Mayk Pensin cümə axşamı günü İraqa məxfi səfər etdiyi xəbər verilir. Səfərin məqsədi İran tərəfindən vurulmuş ABŞ aviabazasında vəziyyətlə tanışlıq olub. Eynül Əsəddə uçuş zolağı tam dağıdıldığından Pensin təyyarəsi Bağdad yaxınlığında hava limanına enib. Pens ciddi təhlükəsizlik tərbirləri altında helikopterlə Eynül-Əsədə gedib. Əl-Məyadin xəbər verir ki, cümə axşamı günü Bağdadın qərbində ABŞ helikopterlərinin uçuşu da Pensin təhlükəsizliyini təmin etmək üçün olub.
Source : IslamTimes