0
Tuesday 14 January 2020 - 00:30

Avropalı hərbçi İranın ABŞ-a hücumundan danışdı: Dəhşətli idi! Əsgərlər ağlayırdı... Aciz idik...

Story Code : 838304
 
 
İslamazeri.com xəbər verir ki, İraqdakı beynəlxalq koalisiya qüvvələrinin rəsmisi - danimarkalı serjant Con “TV 2” telekanalına müsahibə verib.
Adıçəkilən hərbçi Küveytdə telekanalın müxbiri ilə söhbət edib. Qeyd edək ki, ABŞ-ın Eyn əl-Əsəd bazasındakı hərbçilərin əksəriyyəti məhz Küveytə təxliyyə edilib.
Serjant və onun xidməti yoldaşları hücumdan bir neçə saat öncə bu barədə xəbərdar ediliblər. Onlar hamısı bunkerlərdə gizlənib.
Çox dəhşətli idi. Bunu təsvir etmək mümkün deyil. Mən heç kəsə belə bir şey arzu etməzdim. Biz heç nə edə bilmirdik, bizə mövcud vəziyyəti sadəcə qəbul etmək qalırdı. Nə qədər gözlədiyimizi bilmirəm, təxminən bir neçə saat (olardı).
Daha sonra hücum başladı.
Hər biri bir ton olan 9 raket... Mən heç vaxt belə bir şey yaşamamışdım və ümid də edirəm ki, bu, heç vaxt təkrarlanmayacaq”, - deyə serjant bildirib.
Onun sözlərinə görə, hücum o qədər güclü idi ki, bunker (raket zərbələrinin təsirindən) titrəyirdi və içəriyə böyük miqdarda toz daxil olurdu. Əsgərlər, rahat tənəffüs üçün üzlərini şərflərlə örtərək gözləməli oldular. Danimarka əsgərləri üçün ən ağır imtahan isə (baş verənlərlə bağlı) xəbərsizlik və acizlik idi.
Növbəti zərbənin nə vaxt olacağını bilmirdik. Biz təlimlərdə öyrəndiyimiz heç bir bacarığı tətbiq edə bilmirdik. Sadəcə oturub gözləmək qalırdı.
Hərbçilər vəziyyətə fərqli-fərqli reaksiya verirdilər.
Bəziləri ürəklənmək üçün lətifələr danışırdılar. Digərləri özlərinə qapanırdılar. Başqaları isə göz yaşlarını saxlaya bilmirdilər.
Raket zərbələri bitdikdə, əsgərlər çölə çıxdı.
Çöldə yandırılmış səhra görəcəyimizə əmin idik və hər şeyin birbaşa başımızın üzərində baş vermədiyini anladıqda çox təəccübləndik. Mənim fikrimcə, ən yaxın raket bizim 300 yardlığımıza düşüb (təxminən 274 metr). Ətrafı dolaşmağa başlayanda içərisində furqonların yerləşə biləcəyi deşiklər gördük”, - deyə o xatırlayır.
O əlavə edib ki, “hazırda Küveytə, əsgərlərə mənfi hadisədən düzəlmələrinə kömək etmək üçün psixoloqlar gəlməkdədir”.
Bizim həqiqətən onlara (psixoloqlara) ehtiyacımız var. Biz bu cür hadisəyə hazır deyildik”, - deyə o qeyd edib.
 
Source : islamazeri
Comment