0
Tuesday 14 January 2020 - 14:38

ABŞ Konqresi İrana qarşı hərbi əməliyyatları pisləyən qətnamə qəbul edib

Story Code : 838398
ABŞ Konqresi İrana qarşı hərbi əməliyyatları pisləyən qətnamə qəbul edib
Belə bir qətnamə Tramp adminstrasiyasının ötən gün konqressmenlər üçün keçirdiyi gizli brifinqdən sonra qəbul edilib.
General Süleymaniyə qarşı sui-qəsdin nəticələri barədə danışılan brifinqdə nəinki demokratlar, həmçinin iki nüfuzlu respublikaçı senator da bildiriblər ki, brifinq o qədər əsassız və fikirlər Konstitusiyaya zidd olub ki, onlar da Senatda demokratların analoji qətnaməsini dəstəkləyəcəklər.
Konqresmenlər bildiriblər ki, Ağ Ev Süleymaninin təhlükəli olması barədə Trampın və Pompeonun iddialarına dair heç bir sübut təqdim etməyib. Bundan başqa Ağ Ev həmin brifinqdə konqressmenlərə tövsiyə edib ki, Süleymaniyə qarşı sui-qəsd müzakirə olunmasın. /Deyerler/