QR CodeQR Code

ABŞ Konqresi İrana qarşı hərbi əməliyyatları pisləyən qətnamə qəbul edib

14 Jan 2020 14:38

İslamTimes: ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı hərbi əməliyyatları tənqid edən qətnamə qəbul edib.


Belə bir qətnamə Tramp adminstrasiyasının ötən gün konqressmenlər üçün keçirdiyi gizli brifinqdən sonra qəbul edilib.
General Süleymaniyə qarşı sui-qəsdin nəticələri barədə danışılan brifinqdə nəinki demokratlar, həmçinin iki nüfuzlu respublikaçı senator da bildiriblər ki, brifinq o qədər əsassız və fikirlər Konstitusiyaya zidd olub ki, onlar da Senatda demokratların analoji qətnaməsini dəstəkləyəcəklər.
Konqresmenlər bildiriblər ki, Ağ Ev Süleymaninin təhlükəli olması barədə Trampın və Pompeonun iddialarına dair heç bir sübut təqdim etməyib. Bundan başqa Ağ Ev həmin brifinqdə konqressmenlərə tövsiyə edib ki, Süleymaniyə qarşı sui-qəsd müzakirə olunmasın. /Deyerler/


Story Code: 838398

News Link :
https://www.islamtimes.org/az/news/838398/abş-konqresi-irana-qarşı-hərbi-əməliyyatları-pisləyən-qətnamə-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org