0
Tuesday 14 January 2020 - 16:57

Şok göstərici - "Təkcə 5 şəhərdə 25 milyon insan Qasim Süleymaniyə görə küçələrə çıxdı"

Story Code : 838439
Şok göstərici - "Təkcə 5 şəhərdə 25 milyon insan Qasim Süleymaniyə görə küçələrə çıxdı"
İnqilab Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif mətbuat konfransında  şəhid Qasim Süleymaninin dəfn mərasimində iştirak edən insanların sayını açıqlayıb. O deyib:
"Şəhid Qasim Süleymaninin cənazəsi ilə beş şəhərdə - Əhvaz, Məşhəd, Tehran, Qum və Kermanda vida mərasimi keçirildi. Bu 5 şəhərdə mərasimə ümumilikdə 25 milyon insan qatıldı. Cənazənin aparılmadığı şəhərlərdə də şəhidin xatirəsini anmaq üçün milyonlarla insan küçələrə axışaraq ABŞ-a başa saldı ki, İran xalqı, İslam dövlətini sevir. Demək olar ki, bütün İranda 80 milyon insan Qasim Süleymaninin terror edilməsinə görə əza saxladı.
Xalqın bu əzəmətli yürüşü Amerikaya açıq bir mesaj idi. Xalq bir daha sübut etdi ki, yekdilliklə cinayətkar ABŞ-la mübarizə aparmaq tərəfdarıdır. Xalq bizdən Qasim Suleymani kimi davranmağı və Amerikanı bütün səhnələrdə məğlub etməyi istəyir.
Biz Allahın lütfü və şəhidlərin qanının bərəkəti ilə bu mübarizəni davam etdirəcəyik.
Gələcəkdə Amerikasız bir məntəqə olmalıdır. Məntəqə dövlətləri, xalqları müstəqil olmalıdır. Allahın köməkliyi ilə bu yolun sonu sionist rejimin məhvi və Fələstin xalqının azadlığı ilə sonuclanacaq..."
Source : IslamTimes