0
Tuesday 14 January 2020 - 18:36

Sionist rejim Seyid Həsən Nəsrullahı terror etməklə hədələyib

Story Code : 838450
Sionist rejim Seyid Həsən Nəsrullahı terror etməklə hədələyib
İşğalçı İsrail rejiminin xarici işlər İsrael Katz Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullahı sui-qəsdlə hədələyib.
Katz Twitter hesabında yazıb: "Nəsrullah İsrailin Baş naziri Benyamin Netanyahuya hücumdan və İsraili təhdid etməkdən əl çəkmir. Düzdür, Hizbullah təhlükəsizlik tədbirlərini gücləndirib. Amma onlar bizi təhdid etməkdən əl çəkməsələr bu təhlükəsizlik tədbirləri Nəsrullahı qorumaq üçün yetərli olmayacaq..."
Qeyd edək ki, Seyid Həsən Nəsrullah son çıxışı zamanı deyib: "İranın ABŞ bazasına hücumu sionist rejim üçün ciddi bir mesaj idi. Bundan sonra İran rəhbərinin mesajlarını İsrail daha ciddi qəbul edəcək. İslam Respublikasının Eynül-Əsədi hədəf alan raketləri ABŞ bazasını viran qoydu. Amma bu hadisəyə görə əza məclisi İsraildə keçirildi. Onlar İranın bu həddə dəqiq, güclü, nöqtəni vuran raketlərinin olduğunu görəndə qəm dəryasına qərq oldular."
İşğalçı İsrail rejimi illərdir Hizbullah liderini terror etməyə çalışsalar da bu günədək müvəffəq ola bilməyiblər.
Source : IslamTimes