0
Wednesday 15 January 2020 - 22:35

Demokratlar Trampın impiçmenti ilə bağlı əlavə sübutlar tapıblar

Story Code : 838710
Demokratlar Trampın impiçmenti ilə bağlı əlavə sübutlar tapıblar
“Axios” saytının verdiyi xəbərə görə, o, bu barədə Nümayəndələr palatasının Hüquq komitəsinin sədri Cerr Nadleri də məlumatlandırıb.
Sənədlərə əlavə edilən məktubda Donald Trampın şəxsi vəkili Rudi Culianinin partnyoru sayılan biznesmen Lev Parnasla danışıqlarının dəlil olaraq göstərildiyi açıqlanıb.
A.Şiffin sözərinə görə, iki fleş-daşıyıcının birində gizli telefon danışıqları, digərində isə Lev Parnasın Rudi Culianindən aldığı göstərişlər yer alıb.
Adam Şiff eyni sənədlərin Senata da göndəriləcəyini bildirib.
Həmin faylların birincisində keçmiş vitse-prezident Co Baydenin təzyiqləri ilə işdən çıxarıldığı güman edilən Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinə viza verilməsindən danışılır. R.Culiani Lev Parnasa bununla bağlı yaranan problemi həll edəcəyinə söz verir.
Digərində isə Lev Parnasın rus dilində prezident Vladimir Zelenskiyə Co Baydenin oğlu Hanter Baydenə qarşı cinayət işini başlatmaq üçün təzyiqlər göstərəcəyi, bunun üçün hətta biznesmen İqor Kolomoyski və Viktor Pinçukla sıx əlaqələr qurulacağı barədə sözləri əks olunub.