0
Wednesday 15 January 2020 - 23:14

Qasim Süleymaninin terror edilməsinə kimlər sevindi?

Story Code : 838729
Qasim Süleymaninin terror edilməsinə kimlər sevindi?
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Qasim Süleymanini terror etməsi ilə bağlı danışarkən deyib: "Dünya şöhrətli, hamının hörmət bəslədiyi bir komandirə qarşı İraqın suverenliyini pozaraq terror əməliyyatı keçirdilər. Güman edirdilər ki, insanlar Tehran və İraq küçələrində rəqs edib, Qasim Süleymaninin terror edilməsinə görə şad olacaqlar. Onların bu addımı çox təhlükəli iki amilin göstəricisidir: cəhalət və təkəbbür. Təkəbbürlü və axmaq və biri dünyada fəlakət yaradır. Bu təkəbbürlü və axmaq şəxs bir də güclü olarsa daha dəhşətli faciələr baş verə bilər.
Təkcə İranda deyil, dünyanın bir çox ölkəsində insanlar küçələrə axışaraq, Qasim Süleymaninin terror edilməsinə etiraz etdilər. Bu Amerika üçün heç də xoş bir hadisə deyildi.
Amerika məntəqə xalqlarının, o cümlədən İranda insanların Qasim Süleymaninin ölümünə görə sevinəcəyini gözlədiyi halda, tam fərqli bir hadisə baş verdi. İnsanlar İŞİD-in məntəqədən kökünü kəsmiş Qasim Süleymani ilə bir qəhrəman kimi vidalaşdı. Generalın ölümünə görə təkcə Tramp, Pompeo və onların muzdlu caniləri olan İŞİD terrorçuları sevindi..."
Source : IslamTimes