QR CodeQR Code

Sionist rejim ilk dəfə olaraq Türkiyəni bu ölkə üçün təhdid olaraq elan etdi

IslamTimes , 15 Jan 2020 23:55

İslamTimes: Sionist rejim ordusu illik hesabatında ilk dəfə olaraq Türkiyəni "İsrail üçün təhlükəli ölkələr siyahısı"na əlavə edib


İsrailin Times qəzeti yazıb ki, Türkiyə və sionist rejim arasında diplomatik əlaqələrin davam etməsinə baxmayaraq, İsrail ordusu illik hesabatında Türkiyəni "İsrail üçün təhlükli ölkələr siyahısı"na əlavə edib.
İlk dəfədir ki, İsrailin kəşfiyyat idarəsi Türkiyənin adını bu siyahıda qeyd edib. Dəyərləndirmədə deyilir: "Türkiyə ordusu ilə 2020-ci ildə birbaşa müharibə gözlənilməsə də, Türkiyənin məntəqədə artan aktivliyi və Ərdoğanın siyasətləri mühüm təhlükələrdəndir..."
Qeyd edək ki, vaxtaşırı sionist rejimə qarşı mövqe sərgiləyən və fələstinliləri dəstəklədiyini iddia edən Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə sionist rejimi ilə Türkiyə arasındakı siyasi əlaqələr xeyli gərginləşib.


Story Code: 838735

News Link :
https://www.islamtimes.org/az/news/838735/sionist-rejim-ilk-dəfə-olaraq-türkiyəni-bu-ölkə-üçün-təhdid-elan-etdi

Islam Times
  https://www.islamtimes.org