QR CodeQR Code

Yəmən qüvvələri Səudiyyə rejiminin daha bir PUA-sını vurdu

15 Jan 2020 23:50

İslamTimes: Yəmən ordusu və Ənsarullah dünən (14 yanvar) Cizanda Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya aid bir PUA vurublar.


Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) hava hücumundan müdafiə qüvvələri dünən (14 yanvar) Cizanda Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya aid bir kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) vurublar.
Yəmən ordusundan verilən açıqlamaya görə, Səudiyyə rejimi koalisiyasına məxsus kəşfiyyat PUA-sın Cizanın Cəbəl Əl-Amud bölgəsində vurularaq yerə salınıb.
Yəmən ordusunun havadan müdafiə qüvvələri yanvarın 7-si də ölkənin Əl-Cauf əyalətinin hava məkanında kəşfiyyat aparan Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Çin istehsalı CH 4 döyüş PUA-sını raketlə vuraraq, məhv etdmişdi.
Yəmən ordusu və Ənsarullah bu ölkəyə qarşı 5 ildir aparılan müharibələrə baxmayaraq, hərbi gücünü inkişaf etdirməyi bacarıb. Bunların ən sonuncusu Fater və Saqib hava hücumundan müdafiə sistemləridir.


Story Code: 838736

News Link :
https://www.islamtimes.org/az/news/838736/yəmən-qüvvələri-səudiyyə-rejiminin-daha-bir-pua-sını-vurdu

Islam Times
  https://www.islamtimes.org