0
Wednesday 15 January 2020 - 23:20

Britaniya XİN: Səfir yaxın günlərdə Tehrana qayıdaraq vəzifəsinə davam edəcək

Story Code : 838737
Britaniya XİN: Səfir yaxın günlərdə Tehrana qayıdaraq vəzifəsinə davam edəcək
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:
“Səfir Robert Makeir bu gün Birləşmiş Krallığa qayıdır. Çoxdandır nəzərdə tutulan bu səfər zamanı Böyük Britaniyada bir sıra görüşlər keçiriləcək, amma sıradankənar nəsə baş vermir. Yaxın günlərdə İrana dönəcək”.
Bundan əvvəl BBC də XİN-ə istinadən xəbər vermişdi ki, səfir R.Makeirin Londona gəlməsi ötən həftə Tehranda saxlanılması ilə əlaqəli deyil. Hərçənd ötən gün İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli britaniyalı diplomatı arzuolunmaz şəxs kimi səciyyələndirsə də, XİN tərəfindən rəsmi olaraq bununla bağlı açıqlama verilməyib.
Xatırladaq ki, yanvarın 11-də Böyük Britaniyanın İrandakı səfiri Robert Makeir Tehrandakı Əmir Kəbir Texnologiya Universiteti yaxınlığında etiraz aksiyasında iştirak edərək izdihama rəhbərlik etmək cəhdi göstərməsi səbəbi ilə saxlanılmış, bir neçə saat sonra isə azad edilmiş, ertəsi gün isə XİN-ə çağırılmışdı.