0
Thursday 16 January 2020 - 09:35

Suriya ordusu İdlibdəki hərbi əməliyyatları bərpa edib

Story Code : 838772
Suriya ordusu İdlibdəki hərbi əməliyyatları bərpa edib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sham FM” radiosu məlumat yayıb.
“Ordunun bölmələri silahlıların atəşkəs razılaşmasını pozmasına cavab olaraq İdlib vilayətinin cənub-şərqində hərbi əməliyyatları bərpa ediblər”, - məlumatda belə deyilir.
Məlumata görə, ordu göstərilən ərazidə qruplaşmaların mövqelərinə hücum etmək üçün döyüş hazırlığına başlayıb.