QR CodeQR Code

Putin və Makrondan İsraili özündən çıxaracaq qərar

16 Jan 2020 12:51

İslamTimes: Gələn həftə Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makronun Fələstinə işgüzar səfəri gözlənilir.


TASS bildirir ki, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki məlumat verib.
"Biz hər iki prezidenti - Putin və Makronu 22- 23 yanvar tarixlərində qəbul edəcəyik. Bu, çox vacibdir"- deyən nazir Fələstin lideri Mahmud Abbasın rusiyalı həmkarı ilə Yaxın Şərq problemlərini müzakirə etməyi planlaşdırdığını söyləyib.
"İkitərəfli məsələlər, Fələstin-İsrail nizamlanmasına dair ətraflı müzakirələr olacaq. Eyni zamanda Suriya və Liviyadakı vəziyyətə də toxunulacaq”, - deyə əl-Maliki vurğulayıb.
Onun sözlərinə görə, Prezident Putin Viflemdə olacaq və orada Rusiyanın töhfəsi ilə yenilənmiş küçənin açılışında iştirak edəcək. /VirtualAZ/


Story Code: 838829

News Link :
https://www.islamtimes.org/az/news/838829/putin-və-makrondan-israili-özündən-çıxaracaq-qərar

Islam Times
  https://www.islamtimes.org