QR CodeQR Code

Rusiya üçlük ölkələrinin İrana təzyiqini pislədi

IslamTimes , 16 Jan 2020 21:10

İslamTimes: Rusiya xarici işlər nazirinin müavini: İran öz təhlükəsizliyini təmin etmək üçün raket istehsalı hüququna malikdir


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 3 Avropa ölkəsinin İran əleyhinə qətnamə hazırlaması barədə danışıb. Ryabkov 3 Avropa ölkəsinin İranla əldə olunmuş razılığa xələl gətirən təzyiqlərini pisləyib. O bildirib ki, rəsmi Moskva, məsələni nəzarətdə saxlayır və bütün tərəflərlə tez-tez son vəziyyət haqda danışıqlar aparır.
Sergey Ryabkov həmçinin İranın raket istehsalına qarşı çıxan ölkələrə cavab olaraq deyib: İran öz təhlükəsizliyini təmin etmək üçün raket istehsalı hüququna malikdir. Onları bu fəaliyyətə görə günahlandırmaq olmaz.
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində mübahisələrin həlli mexanizminin işə salınması barədə qərar qəbul edib. Bu qərar bir neçə ay ərzində İrana qarşı beynəlxalq sanksiyaların geri qaytarılmasına səbəb ola bilər. Üçlük ölkələri iddia edib ki, onlar bu qərarı İrana qarşı sanksiyalar tətbiq etmək üçün verməyiblər. Məqsəd İranla əldə olunmuş razılaşmanı qorumaqdır.


Story Code: 838906

News Link :
https://www.islamtimes.org/az/news/838906/rusiya-üçlük-ölkələrinin-irana-təzyiqini-pislədi

Islam Times
  https://www.islamtimes.org