0
Friday 17 January 2020 - 13:44

Ayətullah Xamenei cümə namazı xütbəsində nələr dedi?

Story Code : 839000
Ayətullah Xamenei cümə namazı xütbəsində nələr dedi?
Ayətullah Xamenei: "Son həftələrdə biz həm acı həm də sevindirici hadisələrin şahidi olduq. Acı hadisələrdən biri dünyaşöhrətli, terrorizmin qənimi olan Qasim Süleymaninin terrorçu ABŞ dövləti tərəfindən şəhid edilməsi idi. Məntəqədə Qasim Süleymaninin etdiklərini dünyada heç kim edə bilməmişdi. Bu general 360 dərəcə mühasirədə olan məntəqəyə helikopterlə daxil olaraq, mühasirəni içdən yaran bir şəxs idi. Düşmən döyüş meydanında onunla üz-üzə gələ bilmədi. Sonda onu gecə vaxtı, qorxaqcasına, alçaqlıqla terror etdi. ABŞ özü də bu terroru törətdiyini etiraf etdi. Sionist mediası dünyada təbliğat maşınlarını işə salaraq, Qasim Süleymanini terrorçu kimi tanıtdırmağa çalışdı. Amma Allah onların bütün oyunlarını puça çıxardı. Milyonlarla insan, İranda və xarici ölkələrdə küçələrə axışaraq, Qasim Süleymani ilə vida mərasimi keçirdilər. Bu hadisə misli bərabəri olmayan vida mərasimi kimi tarixə düşdü. Bizim üçün acı olan bu itki insanların, Müqavimət Cəbhəsinin yenidən canlanmasına səbəb oldu. İnqilab Keşikçiləri Korpusu ABŞ bazasını raket zərbələri ilə darmadağın etdi. Bu ilahi bir gün idi. Biz Allahın yardımı ilə dünyanın ən güclü, təkəbbürlü dövləti ilə baş-başa gəldik və ilahi qüdrət əli ilə onlara sillə vuraraq cavablarını verdik. Bu cavabdan sonra ABŞ-ın hegemon dövlət kimi formalaşan imici məhv oldu! Şübhəsiz ki, uca Allah bizimlədir!
Son günlərdəki acı hadisələrdən digəri də Ukrayna təyyarəsinin süqutu idi. Həqiqətən bu ürəyimizi ağrıdan bir hadisə idi. Hadisə ilə bağlı şübhəli məqamlar ortaya çıxıb. Aidiyyatı orqanlar məsələni araşdırır.
Bizim ürəyimiz bu hadisəyə görə nə qədər yandısa, düşmənlərimiz də bu hadisəyə görə bir o qədər sevindilər. Dildə qəzada ölənlərə görə narahat olduqlarını bildirənlər ürəklərində onların öldüyünə görə bayram edirdilər. Ölkə daxilində də özlərini təyyarə qəzasına görə narahat kimi göstərən bəzi qruplar küçəyə çıxaraq, bu hadisədən sui-istifadə etmək istədilər. Onlar insanların ölümünə görə narahat deyildilər. Sadəcə xalqın ürəyindəki SEPAH-a olan sevgini azaltmaq üçün, SEPAH-ın adını ləkələmək üçün bu hadisəni gündəmə gətirib, silahlı qüvvələri ittiham etdilər. Amma onların bütün oyunları təsirsiz oldu. Uzaqgörən xalqımız düşmənin hiyləsini həmişə puç edib. Təyyarə qəzası zamanı həlak olanların ailələrindən də mənə məktub ünvanlanmışdı. Mənə yazmışdılar ki, biz İslam İnqilabına arxa çevirmərik! Bu sözlər xalqımızın nə qədər uzaqgörən, bəsirətli olduğunun göstəricisidir. Bəzi satılmış insanlar general Qasim Süleymanini təhqir edərək onun fotolarını cırıb. İran xalqı Qasim Süleymaninin posterini yırtan min nəfərdir, yoxsa Qasim Süleymani ilə vida mərasimində küçələrə axışan, ona sevgilərini bildirən bu milyonlar?!"
İnqilab rəhbəri söhbətin davamında İranla Avropa ölkələri arasındakı nüvə sazişi haqqında da danışıb:
"Üçlük ölkələri (İngiltərə, Fransa, Almaniya) İrana hədə qorxu gəlib ki, İranın nüvə məsələsini yenidən Avropa Təhlükəsizlik Şurasında müzakirə edəcəklər. Almaniya İraq-İran müharibəsi zamanı İraqa kimyəvi silahlar verirdi ki, BƏƏS rejimi bu silahlarla İran xalqını zəhərləsin. Fransa və İngiltərə də bütün yollarla BƏƏS rejiminə kömək edərək İranın məhv edilməsinə çalışırdı. İndi isə bu ölkələr İrana yol göstərmək iddiasındadırlar.
Sizin böyüyünüz, ağanız olan Amerika İran xalqını diz çökdürə bilmədi. Siz ondan çox aşağısınız ki, İran xalqını hədələyəsiniz!
Bu ölkələrin müzakirəsi də yalan, hiylə rənginə boyanıb. Müzakirə zamanı "centilmen" kimi masa arxasına gələnlər Bağdad hava limanında Qasim Süleymanini terror edən şəxslərdir. Bu terrorçular sadəcə libaslarını dəyişərək, masa arxasına otururlar.
İran müzakirədən çəkinmir! Amma ABŞ-la müzakirəyə yox deyirik!"
Source : IslamTimes