0
Saturday 18 January 2020 - 09:54

İraqın S-400 həmləsi: ABŞ mane ola biləcəkmi?

Story Code : 839137
İraqın S-400 həmləsi: ABŞ mane ola biləcəkmi?
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert İvan Konovalov deyib.
“Amerikalılar İraqa mane ola bilməz. Mövcud sanksiyaları gücləndirə bilərlər. Süleymaninin qətlinə görə İraqla ABŞ arasında münasibətlər pisləşib. S-400-lə bağlı proseslər vəziyyəti daha da mürəkkəbləşdirir. Əgər amerikalılar dollarla hesablaşma sistemini qapatmağa cəhd etsələr, uğursuzluğa düçar olacaqlar. İraq, daha əvvəl Hindistan, Çin və Türkiyənin etdiyi kimi, milli valyuta ilə ödəmələrə keçə bilər. ABŞ İraqa sanksiya təzyiqini gücləndirə bilər, lakin o zaman əsgərlərini bu ölkədən çıxarmalıdır”, - deyə ekspert bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti İraqın Rusiyadan S-400 zenit-raket komplekslərini alacağı təqdirdə sanksiya ilə üz-üzə qalacağını istisna etməmişdi.