QR CodeQR Code

Tramp özünü "fahişənin balası" adlandırdı

IslamTimes , 18 Jan 2020 17:56

İslamTimes: Bir neçə gün öncə şəhid Süleymanini təhqir edən Amerika prezidenti kameralar qarşısında özünü "fahişənin oğlu" adlandırıb


ABŞ prezident Donald Tramp, cümə günü etdiyi çıxışda özünü "fahişə balası" (son of a bitch) kimi vəsf edib.
LSU idman kulubu üzvləri ilə söhbət əsnasında Tramp oyunçuları və məşqçiləri Ağ Evə dəvət edib və prezident kabinetində şəkil çəkdirmək istədiyini bildirib.
O deyib: "Prezident masası arxasında sizinlə şəkil çəkdirmək istəyirəm. Bu masa uzun zamandır oradadır. Çox prezident onun arxasında əyləşib. Bəziləri yaxşı, bəziləri isə o qədər də yaxşı olmayıb. Ancaq indi yaxşı bir prezidentiniz var. Amma inanırsınız, bu fahişənin balasını impiçment etmək istəyirlər! İnana bilirsiz?"
Trampı dinləyənlər, onun əxlaq normalarına zidd bu danışığını gülərək dinləyiblər. Tramp ilk dəfə deyil ki, prezidentə yaraşmayan, əxlaqdan kənar ifadələrdən istifadə edir. O bundan öncə də bir sıra rəsmilərə ədəbsiz ifadələrlə müraciət edib.


Story Code: 839276

News Link :
https://www.islamtimes.org/az/news/839276/tramp-özünü-fahişənin-balası-adlandırdı

Islam Times
  https://www.islamtimes.org