0
Saturday 18 January 2020 - 17:56

Tramp özünü "fahişənin balası" adlandırdı

Story Code : 839276
Tramp özünü "fahişənin balası" adlandırdı
ABŞ prezident Donald Tramp, cümə günü etdiyi çıxışda özünü "fahişə balası" (son of a bitch) kimi vəsf edib.
LSU idman kulubu üzvləri ilə söhbət əsnasında Tramp oyunçuları və məşqçiləri Ağ Evə dəvət edib və prezident kabinetində şəkil çəkdirmək istədiyini bildirib.
O deyib: "Prezident masası arxasında sizinlə şəkil çəkdirmək istəyirəm. Bu masa uzun zamandır oradadır. Çox prezident onun arxasında əyləşib. Bəziləri yaxşı, bəziləri isə o qədər də yaxşı olmayıb. Ancaq indi yaxşı bir prezidentiniz var. Amma inanırsınız, bu fahişənin balasını impiçment etmək istəyirlər! İnana bilirsiz?"
Trampı dinləyənlər, onun əxlaq normalarına zidd bu danışığını gülərək dinləyiblər. Tramp ilk dəfə deyil ki, prezidentə yaraşmayan, əxlaqdan kənar ifadələrdən istifadə edir. O bundan öncə də bir sıra rəsmilərə ədəbsiz ifadələrlə müraciət edib.
Source : IslamTimes