1
Saturday 18 January 2020 - 20:17

Lavrov: İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasının tərəfdarıyıq

Story Code : 839291
Lavrov: İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasının tərəfdarıyıq
CNS media vasitəsi Hindistanın New Delhi şəhərində keçirilən Raisina sammitində danışan Lavrov İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü barədə deyib: "İran bu günədək müşahidəçi üzv olub və biz bu ölkənin təşkilata tam üzv olmaq istəyini dəstəkləyirik."
Rusiya xarici işlər naziri bildirib ki, əksər ölkələr bu təklifi dəstəkləyir və Moskva İranın Təşkilatın daimi üzvü olaraq təyin ediləcəyinə əmindir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu haqda bildirib ki, İranın təşkilata daimi üzv olaraq qəbul edilməsi digər üzvlərlə məsləhətləşmədən sonra gerçəkləşə bilər.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb və hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistan tamhüquqlu üzvlərdir. İran, Belarusiya, Əfqanıstan və Monqolustan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvləridir. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, işğalçı Ermənistan və Şri Lanka danışıqlarda şərik tərəfdaşlar kimi iştirak edirlər.
 
Source : IslamTimes