QR CodeQR Code

Makronun olduğu yeri deyən jurnalist saxlanıldı

18 Jan 2020 21:49

İslamTimes: Fransa Prezidenti Emmanuel Makronun olduğu yeri sosial şəbəkədə paylaşan jurnalist polis tərəfindən saxlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Fransa mediası yazıb. Jurnalist Taha Bohafsın ötən axşam Parisdəki teatr salonunda olduğu yeri sosial şəbəkədə işarələyərək yazdığı sözlər xatırladılıb:
“Hazırda (Parisdəki) Buffes du Nord teatr salonundayam. Fransa prezidentindən 3 sıra arxadayam. Bəzi etirazçılar buralardadır və hər kəsi bura çağırır. Hazırlıq görülür. Bu axşam hərəkətli ola bilər”, - jurnalist qeyd edib.
Qeyd edək ki, ötən gün bəzi fransalı jurnalistlərin sosial şəbəkələrdə Makronun Parisdəki teatr salonunda olması ilə bağlı paylaşımlarından sonra etirazçılar əraziyə gəlmişdi. Pensiya islahatına qarşı çıxan nümayişçilər teatr salonuna girməyə çalışmışdı.


Story Code: 839308

News Link :
https://www.islamtimes.org/az/news/839308/makronun-olduğu-yeri-deyən-jurnalist-saxlanıldı

Islam Times
  https://www.islamtimes.org