QR CodeQR Code

Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib

19 Jan 2020 12:07

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, iki lider arasında Liviyadakı son vəziyyət müzakirə edilib.
Rəsmi Ankaranın yaydığı məlumata görə, Ərdoğan Merkellə regional problemləri, xüsusilə Liviyadakı vəziyyətin inkişafını müzakirə ediblər. 
Qeyd edək ki, yanvarın 19-da Berlində Liviyadakı son vəziyyəti tənzimləməklə bağlı konfrans keçiriləcək. Rusiya, ABŞ, Türkiyə, Misir, Avropa Birliyi, BMT və digər ölkələrin nümayəndələri tədbirə dəvət olunub. 
Milli Barışıq Hökumətinin Baş naziri Faiz Sarraj və Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftar Berlin konfransında iştirak edəcəklərini açıqlayıblar.


Story Code: 839423

News Link :
https://www.islamtimes.org/az/news/839423/ərdoğan-merkellə-liviyadakı-vəziyyəti-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org