QR CodeQR Code

Yəməndən şok hücum: 100 hərbçi məhv edildi

IslamTimes , 19 Jan 2020 22:53

İslamTimes: Səudiyyə koalisiyası bazasına raket hücumları nəticəsində həlak olan muzdurların sayı 100 nəfəri aşdı


Yəmənin istefa vermiş hökumətinin xarici işlər naziri bildirib ki, Ənsarullah hərəkatının dünən gecə Səudiyyə koalisiyasının muzdurlarının düşərgəsinə raket hücumu nəticəsində ölənlərin sayı 100 nəfəri keçib. Hücum nəticəsində onlarla hərbçinin də yaralandığı xəbər verilir. Ənsarullah bu hücumu bir neçə gün öncə Səudiyyə koalisiyasının onlara hücumuna cavab olaraq həyata keçirib.
Yəmənin Ərəbistana qaçmış prezidenti Mənsur Hadi isə işğalçı Ərəbistan hərbçilərinin hücumuna işarə etmədən Ənsarullahın hücumundan danışaraq deyib ki, Ənsarullah sülh yaranmasında maraqlı deyil.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəməni blokadada saxlaması, tez-tez bu ölkəni bombalaması nəticəsində Yəməndə minlərlə günahsız sakin qətliam edilib. Ənsarullah hərəkatı Yəməni xarici işğalçılardan qoruyaraq, Səudiyyə Ərəbistanına sarsıdıcı zərbələr vuran könüllülərdən ibarət hərəkatdır.


Story Code: 839486

News Link :
https://www.islamtimes.org/az/news/839486/yəməndən-şok-hücum-100-hərbçi-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org